Gəncənin Kəpəz və Nizami rayonları ləğv edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.
media1.az xəbər verir ki, sənəddə qeyd edilib:
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alır:
Gəncə şəhərinin inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:
1. Gəncə şəhərinin tərkibindəki Kəpəz və Nizami rayonları ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılsın.
2. Ləğv edilmiş Nizami rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri hesab edilsin.
3. Ləğv edilmiş Kəpəz rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri, Cavadxan qəsəbə, Hacıkənd qəsəbə, Məhsəti qəsəbə, Nətavan qəsəbə, Sadıllı qəsəbə, Şıxzamanlı qəsəbə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 3 və 4 nömrəli sahə inzibati ərazi dairələri, Cavadxan qəsəbə, Hacıkənd qəsəbə, Məhsəti qəsəbə, Nətavan qəsəbə, Sadıllı qəsəbə, Şıxzamanlı qəsəbə inzibati ərazi dairələri hesab edilsin.