02 İyun 2025

Fransanın cavabı verildi: Açıq və dürüst olduq…

Fransaya qarşı açıq və dürüst olduq. Bir neçə il ərzində araşdırma apardıq, sualtı qayıq müqaviləsi mövzusunda narahat idik.

Axar.az xəbər verir ki, bu sözləri Avstraliyanın müdafiə naziri Piter Datton Fransayla bağladıqları sualtı qayıq müqaviləsinin ləğvi ilə bağlı danışarkən deyib.

“Araşdırmamız aydın şəkildə göstərdi ki, nüvə enerjisi ilə işləyən sualtı qayıqlar Avstraliya üçün daha etibarlı seçimdir. Biz Fransaya qarşı açıq və dürüst idik”, – müdafiə naziri deyib.

Qeyd edək ki, Avstraliya Fransa ilə 90 milyard dollar dəyərində olan sualtı qayıqlarla bağlı müqavilədən çıxıb və ABŞ və Britaniya ilə AUKUS sazişi imzalayıb. Bu isə Fransanın kəskin etirazına səbəb olub və Paris ABŞ və Avstraliyadakı səfirlərini geri çağırıb. Fransa xarici işlər naziri Jan İv Lö Drian isə sazişin ləğvini xəyanət olaraq dəyərləndirib və Fransanın kürəyindən vurulduğunu deyib.