Fransada il ərzində koronavirusa ən yüksək yoluxma qeydə alınıb

Fransada son sutka ərzində koronavirusa 59 min nəfər yoluxub.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu, il ərzində, yəni 2020-ci ilin noyabrın 3-dən bugünədək ən yüksək artımdır.
Eyni zamanda, son 24 saat ərzində 687 min nəfər peyvənd olunub ki, bu da rekord göstərici olub.
Bir gün əvvəl Fransanın Baş naziri Jan Kasteks bəyan edib ki, koronavirusla bağlı vəziyyətə görə karantin və ya komendant saatı müzakirə mövzusu deyil.