Fərdi uçot sistemindəki sığortaolunanların sayı artıb
27 Yanvar 2022
2021-сi il ərzində fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 219,4 min nəfər və ya 5,0% artıb.
Dövlət Sosial Müdafiə Fondundan “İki sahil”ə verilən xəbərə görə, 2022-ci ilin 1 yanvar tarixinə uçota alınmış sığortaolunanların sayı 4,60 milyon nəfər təşkil edib.