“faraj.tj” Birinci Qarabağ müharibəsində itkin düşən azərbaycanlılardan yazıb
Tacikistanın “faraj.tj” portalı məşhur Amerika hərbi jurnalisti Tomas Qoltsun Birinci Qarabağ müharibəsində itkin düşən azərbaycanlıların taleyi ilə bağlı xarici mətbuatda verilən fikirlərinə yer ayırıb.
Yazıda bildirilir ki, 30 ilə yaxın Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları azad edildikdən sonra tədqiqatçılar Birinci Qarabağ müharibəsində itkin düşən 4 min azərbaycanlının axtarışını aparıblar. Onların arasında hərbi əsirlər, dinc sakinlər, qocalar və uşaqlar var.
Tomas Qolts yazır ki, ermənilər azərbaycanlıları evlərində qul kimi işlədiblər.
T.Qolts Yerevana aparılan səkkiz azərbaycanlının öldürülüb Bakıya qaytarılması haqqında da məlumat verir. Onlar guya qaçmaq istəyərkən güllələniblər. Səkkiz nəfərin yeddisi yaxın məsafədən atəş nəticəsində öldürülüb, onların altısını başından, birini isə döş nahiyəsindən güllələyiblər. Bir nəfərin boğazı, ikisinin qulağı kəsilib, birinin orqanları çıxarılıb.
Yazıda “Washington Post” və “The Economist” qəzetlərinin bu məsələ ilə bağlı yazılarından ayrı-ayrı hissələr də verilib.
AZƏRTAC