21 İyun 2025

Ermənistana məxsus döyüş texnikası sıradan çıxarılıb – RƏSMİ

“Ermənistan silahlı qüvvələrinin sərhəd boyu cəmləşdirilən canlı qüvvəsi və hərbi texnikası hədəf altındadır”.

Bu barədə Media1.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

“Qarşı tərəfə məxsus döyüş texnikası sıradan çıxarılıb.

Əməliyyat taktiki üstünlük Azərbaycan Ordusunun bölmələri tərəfindədir.

Bir daha bəyan edirik ki, sərhəddə baş verən gərginliyə görə Ermənistan hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır”, Müdafiə Nazirliyindən bildirilib.