“Ermənilərin Qarabağa köçürülməsinin əyani sübutu – “Maraqa -150″ abidəsi” layihəsi başa çatıb
Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Ermənilərin Qarabağa köçürülməsinin əyani sübutu – “Marağa -150″ abidəsi” layihəsi Qafqaza ermənilərin köçürülməsi münasibətiylə özlərinin Qarabağda inşa etdikləri abidədən bəhs edir.
Azərbaycan Gənclər Fondunun keçirdiyi 13-cü qrant müsabiqəsində “C” kateqoriyası üzrə qalıb gələn bu layihənin ilk mərhələsində “Marağa-150” video filmi hazırlanıb. “Marağa-150” abidəsi, daha doğrusu onun qalıqları Tərtər rayonun Şıxarx qəsəbəsinin yaxınlığında yerləşir. Tarixi faktlar göstərir ki, abidə Qarabağa İranın Marağa kəndindən köçən 200 ailəsinuin şərəfinə köçürülmələrinin 150 illiyi ilə əlaqədar olaraq, 1978-ci ildə qoyulub. Qarabağ ərazisində daha 2 anoloji abidə olsa da həmin ərazilər Ermənistanın işğalında olarkən dağıdılıb. Üzərində ermənicə “Marağa-150” yazılmış abidə ermənilərin burda köklü xalq olmadıqlarının sübutu olduğuna görə, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları başalayanda özləri tərəfindən partladılıb.
Layihənin ilk mərhələsində ətraflı tədqiqat aparılaraq çəkilən “Marağa-150” filmində abidənin qalıqları və o vaxtki şəkilləri geniş əks olunub. Eyni zamanda həmin abidənin açılşında iştirak etmiş soydaşlarımızın müsahibələri də filmdə yer alılb. Ssenari müəllifinin Şöhrət Eyvazov, quruluşçu operatorun Zahir Əsədov olan bu filmin yaxın gələcəkdə xarici dillərə dublayı da nəzərdə tutulub.
Layihənin ikinci mərhələsində məktəblərdə görüşlər keçirməklə gənclərə içərisində “Marağa-150” film olan disklər təqdim edilib. Tədimatlar Bərdə şəhər şəhid Alı Mustafayev adına 5 saylı tam orta məktəbində, Bərdə Peşə liseyində və Bərdə şəhər 4 saylı tam orta məktəbində keçirilib. Layihə rəhbəri Kənan Eyvazov keçirilən görüşlərdə Azərbaycan Gənclər Fondunun keçirdiyi layihələr haqqında məlumat verərək iştirakçıları belə layihlərdə yaxından iştirak etməyə çağırıb.
Məlumat verilib ki, məqsəd ermənilərin Qarabağda son yüzilliklərdə məskunlaşmalarını sübut edən film çəkmək və bunları gənclərə və ictimaiyyətə çatdırmaqdır. Bununla Ermənistanın ölkəmizə qarşı apardığı informasiya müharibəsində əsassız iddialarna tutarlı cavab verməyə çalışılıb. Layihədən filmin təqdimatı və disklərin paylanması olan görüşdə iştirak edən 165 gənc birbaşa, “Maraqa -150″ abidəsi” filminin sosial şəbəkələrdə yayılmasıyla isə 1000-dən çox gənc bilavasitə bəhrələnəcək. O, bildirib ki, layihənin əsas məqsədi “Maraqa -150” filmi ilə tədqiqatçılara, xüsusi ilə gənclərə tutarlı mənbə təqdim etmək, 1988-ci ildə “Marağa-150” abidəsinin ermənilər tərəfindən dağıdılmasının məqsədyönlü olmasını göstərmək, Ermənistanın son iki əsrdə Azərbaycana qarşı yönələn ərazi iddiların tutarsız olduğuna əsaslandırmaqla ölkəmizə qarşı aparılan informasiya hücumlarının qarşısını almaq, Qarabağ həqiqətləri haqqında bilikləri real və virtual məkanda genişləndirmək və yaymaqdır.
Layihənin koordinatoru Şöhrət Eyvazov “Marağa – 150” videofilminin youtube platformasına yerləşdirildiyini və layihə başa çatdıqdan sonra onun gənclərə təsirinin davam etdirilməsi üçün sosial şəbəkələrdən geniş istifadə olunacağını bildirib. Virtual aləmdə “Marağa – 150” videofilminin ələçatımlığı layihənin davamlıq müddətini və audotirayasını genişləndirəcəkdir.
Müzakirələrdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndəliyin əməkdaşları Şəmsiyyə Abbaszadə və Orxan Fəxrəddinov, Bərdə Gənclər və İdman idarəsinin əməkdaşları Hikmət Ələkbərov və Aydın Qasımov, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Bərdə şöbəsinin sədri Etibar Hüseynova, Bərdə rayon İcra hakimiyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin təşkili şöbəsinin şöbə müdiri Samir Səfərov, müəllimlər və gənclər iştirak ediblər. Çıxışlarda Ermənistan Yuxarı Qarabağa ərazi iddialarını saxta tarixlə əsaslandırmağa çalışıdığından, əslində isə ermənilərin kütləvi şəkildə Azərbaycan ərazilərində, o cümlədən Qarabağda yerləşdirilməsinin XIX əsrin 20-30-cu illərindən başladığı vurğulanıb. Bildririlib ki, Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən belə layihələr İnformasiya cəmiyyətinin tələblərinə uyğun müasir, daha doğun informasiya mənbələrinə ehtiyacın ödənilməsində mühüm addım sayıla bilər.