Erməni siyasətçidən TƏKLİF: “Ermənistanın baş naziri azərbaycanlı olsun” – VİDEO
“Ermənistanda baş nazir kimi azərbaycanlı təyin edilsə, mən ancaq dəstəkləyərəm”.
Media.Az-ın məlumatına görə, bunu milliyyətcə erməni olan ukraynalı siyasi ekspert Rüstəm Aloyan deyib.
“Bilirsiniz niyə mən bunu dəstəkləyirəm?! Ermənistanda iki rəhbər var: prezident və baş nazir. Əgər onlardan biri azərbaycanlı olarsa, bu, Azərbaycanla sülhə gətirib çıxarar”, – deyə o, fikrini izah edib.
Ermənistan xalqının bunu necə qəbul edəcəyi ilə bağlı suala isə Aloyan bildirib ki, onlar buna hazırlanmalıdır.
“Əgər mən Ermənistanın prezidenti olsaydım və Azərbaycan, həmçinin Türkiyə xalqları ilə sülhsevər, yaxşı münasibətlər qurmaq istəsəydim, erməni xalqına hörmət edən, Ermənistan iqtisadiyyatının və ölkələr arasında dostluq əlaqələrinin inkişafı üçün çalışmağa hazır olan azərbaycanlını baş nazir təyin edərdim”, – deyə Aloyan bildirib.https://t.me/mediaaznews/13714?embed=1