21 Dekabr 2024

Erməni katolikosu revanşist prezidentləri birləşdirməyə çalışır

“Ermənistanın keçmiş prezidentlərinin bütün ermənilərin katolikosu ilə görüşlərinin formatından hələ də gözləntilər var”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu “Daşnaksütyun” partiyasının nümayəndəsi, parlamentdəki “Hayastan” blokunun üzvü, deputat İşxan Saqatelyan söyləyib.

Saqatelyan yeni iclasın olub-olmayacağını dəqiqləşdirməyib və bununla bağlı gündəmin hələ aktual olduğunu ifadə edib.

Bununla bərabər, daşnak siyasətçi Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın ünvanına sərt ittihamlar yağdırıb. Onun fikrincə, sabiq dövlət başçısı ölkəni kapitulyasiyaya sürükləmək üçün əvvəlki möqveyindən vaz keçmir. Saqatelyanın sözlərinə görə, Levon Ter-Petrosyanın tərəfdarları özlərini Paşinyandan ayrı tutmağa çalışsalar da, ideologiyaları, atdıqları addımlar və hərəkətlər əksini göstərir.

Xatırladaq ki, daşnaklar və Ter-Petrosyan uzun müddətdir bir-birlərinə antoqonist mövqedə dururlar.

Media1.az