23 Dekabr 2024

Erməni diasporu Başqırdıstanda hökmranlıq edir – mühüm postlar ələ keçirilib

Rusiya Federasiyasının tərkibində olan Başqırdıstan Respublikasında son bir neçə ildə ermənilərin fəallağı artıb. 2018-ci ildən respublikaya rəhbərlik edən Radiy Xabirovun icazəsi və xeyir-duası ilə ermənilər türkdilli respublikanın var-dövlətini talan etməklə məşğuldurlar.Hazırda respublika iqtisadiyyatının bütün gəlirli sahələri erməni biznesmenlərinə peşkəş edilib və yerli başqırd iş adamları hər yerdə sıxışdırılırlar. Bu haqda Azvision.az-a tanınmış başqırd fəal Alfiya Uzyanbayeva məlumat verib. Xatırladırıq ki, 2020-ci ilin noyabr ayında ermənilərin şərləməsi nəticəsində “ekstremizdə” ittiham olunaraq həbs edilən digər tanınmış başqırd fəail Ramilə Saitovanın həbs müddəti isə qeyri-müəyyən müddətə uzaqdılıb.


Alfiya Uzyanbayeva

Alfiya Uzyanbayevanın sözlərinə görə, Ramilə Saitovanın həbsinin arxasında Radi Xabirovun erməni əsilli həyat yoldaşı Karine Avetisyan və onun Başqırdıstanı zəli kimi soran qohum-əqrabası durur.


Ramila Saitova

– Məhz onlar nüfuzlu yeznənin əlindəki geniş imkanlardan istifadə edərək, Ramilə Saitovanı qanunsuz həbsdə saxlayırlar. Radiy Xabirovun bütün ətrafı erməni arvadının qohum-əqrabasından ibarətdir. Son bir neçə ildə respublika iqtisadiyyatı ilə yanaşı, regionun bütün yerli və mərkəzi dövlət qurumlarında da erməni milliətindən olan məmurların sayı kəskin şəkildə artıb. Başqırdlar getdikcə öz torpaqlarında yadelliyə çevrilirlər. Ermənilər inzibati resurslardan istifadə edərək, federal avtoyolun ətrafındakı bütün əraziləri özəlləşdiriliblər. Dağ-mədən yataqları, Başqırdıstanın bütün təbii sərvətləri erməni şirkətlərinə peşkəş edilib, – Uzyanbayeva bildirib.


Radiy Xabirov, Karine Avetisyan, Şavarş Karapetyan

Başqırd siyasi fəal daha sonra əlavə edib ki, ermənilərin sifarişi ilə Ramilə Saitovanın bütün müdafiəçilərinə, hətta vəkillərinə qarşı güc strukturlarından ciddi təzyiq var.

 Öz respublikamızda gəlmə ermənilərin təzyiqi altında qalmışıq. Xabirovun erməni arvadı demək olar ki, respublikanın idarəçiliyini öz əlinə alıb və bütün qohumlarını vəzifələrə təyin edib. Hara gedirsən, ermənilərdir. Bizim etirazımızı həbs və təzyiqlərlə sındırmağa çalışırlar. Yerli iş adamları öz biznesini saxlaya bilməyərək, Başqırdıstandan gedirlər. Onların yerini isə ermənilər tutur. Qarabağ müharibəsi zamanı buradakı ermənilərin Ermənistana dəstək üçün pul yığdıqları haqda da məlumatlar var. Bir sözlə, bir türk diyarında bu cür hadisələrin baş verməsi sadəcə, utandırıcı haldır”, – Alfiya xanım bildirib.

Uzyanbayevanın sözlərinə görə, heç bir təzyiq onları yollarından döndərə, sındıra bilməz: “Mən, Ramilə və bütün başqırd patriotlar son nəfəsimizə qədər Xabirovun erməni dəstəsilə mübarizəni davam etdirəcəyik. Ramilənin növbəti məhkəməsi 5 iyul tarixinə təyin edilib. Amma nəticəni indidən bilirik. Ramiləni yeni bəhanələr gətirərək, azadlığa buraxmayacaqlar. Amma mübarizə davam edir”.

Xatırladırıq ki, Radiy Xabirov Başqırdıstana rəhbər təyin olunan kimi ilk işi erməni Şavarş Karapetyanı özünə müşavir təyin etmək olub. Arvadı Karine Avetisyanın qohumu olduğu deyilən Karapetyan hazırda bütün Başqırdıstanın sosial-iqtisadi problemləri ilə “məşğul olur”.
Zəngin mineral yataqları olan Başqırdıstanın təbiəti də ermənilər tərəfindən qurulmuş Başqırd soda şirkətinə peşkəş edilib. Adı çəkilən şirkətin rəhbəri Edurad Malikoviç Davidovdur (Davidyandır). Keçən il başqırd fəalların “Şixan Kuştau” deyilən təbiət qoruğu ərazisində erməni şirkətin qazma işləri aparmasına qarşı aylarla davam edən etirazını yenə Radiy Xabirov və onun erməni quldur dəstəsi amansızlıqla yatırdı. Hazırda həmin ərzidəki faydalı duz, soda və digər mineral yataqları ermnilərin rahat şəkildə istismar edildiyi bildirilir.


Eduard Davidyan

Sosial şəbəkədə birləşən başqırd fəalları yurdlarını erməni istilasından qurtarmaq üçün açıq çağırışlar edirlər.