27 İyul 2024

Ermənistan qarışdı: etirazçılar saxlanılıblar

Polislə etirazçılar arasında qarşıdurmalar olub

Ermənistan müxalifəti parlamentin binası qarşısında Baş nazir Nikol Paşinyanın istefası, parlamentdə məhkəmələr və hakimlərə dair qanuna təklif olunan dəyişikliklərin müzakirəsinin dayandırılması tələbi ilə etiraz aksiyası keçirib.

AYNA erməni mediasına istinadən bildirir ki, aksiya iştirakçıları parlament binasının qarşısında müxtəlif deputatların, o cümlədən Ermənistanın “Mənim addımım” Partiyasını təmsil edən deputatların şəkilləri yayıblar. Onlar bu yolla deputatlara da etirazlarını bildiriblər.

Aksiya iştirakçıları paytaxt İrəvanın Maştost prospekti ilə Respublika meydanına doğru yürüş ediblər. Polislə aksiya iştirakçıları arasında qarşıdurmalar olub. Bir neçə nəfərin saxlanıldığı bildirilir.