02 İyun 2025

Ərdoğan yeni S-400 alacağının mesajını verdi

Türkiyə gələcəkdə Rusiyadan əlavə S-400 zenit raket sistemləri almaq niyyətindədir.

Musavat.com axar.az-a istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CBS-ə müsahibəsində deyib.

“Heç kim hansı müdafiə sistemlərini hansı ölkədən alacağımıza müdaxilə edə bilməz. Yalnız özümüz belə qərar qəbul edə bilərik” – deyə o bildirib.