22 İyun 2025

Ərdoğan Ukrayna və Rusiya prezidentləri ilə telefonla danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə “Anadolu Agentliyi“ məlumat yayıb.

Qeyd olunub ki, tərəflər iki ölkənin nümayəndə heyətlərinin İstanbulda baş tutan görüşünün nəticələrini müzakirə edib.