22 İyun 2025

Ərdoğan sabahdan Afrika turuna başlayır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabahdan etibarən Afrika turuna çıxır.

20-23 fevral tarixlərini əhatə edəcək səfər çərçivəsində Türkiyə lideri Konqo Demokratik Respublikası, Seneqal və Qvineya Bisaunu ziyarət edəcək.

Səfər çərçivəsində ikitərəfli münasibətlər hərtərəfli müzakirə ediləcək.

Mənbə: Anadolu Agentliyi