Ərdoğan Baydenlə Ukraynanı müzakirə etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ dövlət başçısı Co Bayden arasında telefon danışığı keçirilib.
Liderlər arasında söhbət 45 dəqiqə davam edib.
Dövlət başçılarının əsasən Ukraynadakı vəziyyəti müzakirə etdikləri bildirilib.
Ərdoğan bəyan edib ki, Türkiyə üçün Rusiya və Ukrayna arasında vasitəçilik edə bilməsi vacib əhəmiyyət kəsb edir.
O, həmçinin vurğulayıb ki, indi Türkiyəyə qarşı müdafiə sənayesi sahəsində bütün ədalətsiz sanksiyaları ləğv etməyin əsl vaxtıdır.
Mənbə: TASS