Elimizə Novruz gəlir!

Artıq Novruz bayramı ərəfəsindəyik. Xalqımızın min illik tarixi boyu qeyd etdiyi, illər keçsə də, tarixi şərait dəfələrlə dəyişməyə məcbur olsa da, Novruz uzun illər Azərbaycan xalqının ənənənlərini sevərək yaşatdığı, təntənə ilə qeyd etdiyi milli bayramı olaraq yaşadılıb.
Folklorşünaslar qeyd edirlər ki, Novruzun tarixi hələ bizim eradan 350 min il əvvələ – Əhəmənilər dövrünə gedib çıxır. Bəzi mənbələrdə hətta bu bayramın tarixinin zərdüştlikdən də əvvələ gedib çıxdığı qeyd edilir.
Şimal yarımkürəsində yazın gəlişi ilə eyni gündə qeyd olunan Novruz bayramını qədim zamanlardan bir sıra xalqlar, həmçinin azərbaycanlılar da yazın gəlişi, təbiətin oyanışı, yeni ilin başlanğıcı kimi qeyd ediblər. Hal-hazırda da bu bayram eyni qayda ilə qeyd olunur.
Novruz bayramı ilə əlaqədar bir sıra dahi sənət insanları da öz xüsusi görüşlərini demişlər. Əbu Reyhan Biruni Novruz bayramı haqqında özünəməxsus müxtəlif rəvayətlər, Novruz bayramı ilə xalq arasında yaranmış adət ənənələrdən və Novruz bayramının yaranma səbəblərindən bəhs etmişdir. O öz əsərlərində Novruz bayramının hər hansı bir dini bayram yox təbiətin canlanması yeni fəslin gəlişi ilə əlaqəli dünyəvi bir bayram olduğunu qeyd etmişdir.
Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı