22 Noyabr 2024

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya sədr seçilib

Seçki sadə, gizli səsvermə yolu ilə həyata keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Zaur Quliyev Media1.az -a bildirib ki, seçki sadə, gizli səsvermə yolu ilə həyata keçirilib.

Yekunda Amin Məmmədov səs çoxluğu ilə sədr seçilib.

Onu da qeyd edək ki, səsvermənin nəticələrinə uyğun olaraq Amin Məmmədovun şuranın sədri seçilməsilə yanaşı Nərminə Qəribova və Məshəti Hüseynova sədr müavinləri və Qismət Babayev şuranın katibi seçilib.

Media1.az