08 Sentyabr 2024

Əfqanıstanın şərqində silahlı hücum olub

Əfqanıstanın şərqindəki Nanqarhar əyalətinin inzibati mərkəzi olan Cəlalabad şəhərində silahlı hücum olub.

Musavat.com report-a istinadən xəbər verir ki, bu barədə yerli TOLO News telekanalı məlumat yayıb.

Hücumda “Taliban”ın iki silahlısı öldürülüb.

Daha əvvəl telekanal Cəlalabadda baş verən partlayış nəticəsində bir uşağın öldüyü, daha iki uşağın yaralandığı barədə məlumat vermişdi. İlkin məlumatlara görə, hadisə “Taliban” avtomobili üçün hazırlanan minanın işə düşməsi nəticəsində baş verib.

“Taliban” rəsmiləri bu iki hadisə ilə bağlı hələ açıqlama verməyib.

Media1.az