23 Dekabr 2024

Dünya çempionatına gələn qadın idmançılar YOXA ÇIXDI

İspaniyada keçirilən qadınlar arasında həndbol üzrə dünya çempionatında idmançılar yoxa çıxıb.

İtən idmançılardan dördü Kamerundan, biri isə İrandan olan həndbolçudur.

“Matç TV”nin müxbiri Mixail Kuznetsovun verdiyi məlumata görə, idmançılar yaşadıqları ölkəyə qayıtmamaq üçün qaçıblar: “Kamerun millisinin oyununu izləyərkən qadın həndbolçulardan birinin formasının qaydasında olmadığını gördüm və ona yaxınlaşdım. Suallarımı cavabsız qoyan həmin kamerunlu qadın ertəsi gün yoxa çıxdı.

Sonra məlum oldu ki, yaşadığı oteli üç komanda yoldaşı ilə birlikdə tərk edib və bir daha geri qayıtmayıb. Oteldə onların əşyaları da yox idi. Buna görə də, polis qaçırılma olduğunu düşünmür. Çox güman ki, könüllü olaraq qaçıblar.

Bir neçə gün sonra İran millisinin həndbolçusu yerləşdikləri oteldən çıxıb və geri dönməyib.

Böyük ehtimalla qadınlar öz ölkəsindəki həyat tərzinin onlara uyğun olmadığı üçün qaçmağa əl atıblar”.

Qeyd edək ki, oxşar hallar Tokioda keçirilən Yay Olimpiya Oyunları zamanı da baş vermişdi. (Fanat.Az)