22 İyun 2025

Dmitri Peskov: “İranla nüvə anlaşmasında Rusiyaya qarşı sanksiyaları da nəzərə alsınlar”

“Iranla nüvə anlaşmasının bərpası zamanı anti-Rusiya sanksiyaları da nəzərə alınmalıdır”.

Media1.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə RF prezidentinin sözcüsü Dmitri Peskov bəyan edib.

“Rusiyaya qarşı tətbiq olunan sanksiyalar bu anlaşmanın davamı konteksində bizim də maraqlarımıza toxunur. Buna görə saziş yenilərkən bizi də diqqətə almalıdırlar”, – deyə o, bildirib.

Onun sözlərinə görə, “bu kənara qoyulacaq məsələ deyil, diqqətə alınması gərəkən bir aspektdir”.

“Rusiya Federasiyasının mövqeyi də bundan ibarətdir və bu, Birləşmiş Ştatların rəhbərliyinə yaxşı məlumdur”, – deyə Kremlin rəsmisi vurğulayıb.