22 Fevral 2025

Daha üç məktəb əyani tədrisə qayıdıb

Bakıda koronavirusa görə bağlanan 60, 179 və 271 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “İki sahil”ə verilən məlumata görə, həmin məktəblərin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.