Daha iki məktəb əyani tədrisə qayıdıb

Bakıda koronavirusa görə bağlanan 149 və 184 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “İki sahil”ə verilən məlumata görə, hər iki məktəbin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.