23 Dekabr 2024

Daha bir görüş olacaq?

“Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan bu il daha bir görüş keçirə bilər”.

Bu barədə Ermənistanda dərc olunan “Past” qəzeti yazıb. “Nikol Paşinyan və İlham Əliyevin Brüssel görüşü bu ilin sonuncusu olmaya bilər. Xarici İşlər Nazirliyindəki mənbəmizin sözlərinə görə, Ermənistan və Azərbaycan liderləri bu il daha bir görüş keçirəcəklər.

Yeri gəlmişkən, görüş yenə də Rusiyada baş tuta bilər. Bizdə məlumat var ki, görüş baş tutsa, yekun olacaq. İlkin məlumata görə, yeni iclas geniş tərkibdə keçiriləcək. İclasda dövlət başçılarından başqa, üçtərəfli komissiyanın üzvləri – baş nazirin müavinləri Aleksey Overçuk, Mher Qriqoryan və Şahin Mustafayev, müdafiə nazirliklərinin rəhbərləri və xarici işlər nazirləri iştirak edəcəklər. Hələlik görüşlə bağlı rəsmi məlumat olmasa da, qəzet bunun görüşdən bir-iki gün əvvəl açıqlanacağını istisna etmir, xüsusən də mənbənin dediyinə görə, hələlik bütün detallar aydınlaşdırılmayıb.