08 Noyabr 2024

COVID-19-un daha bir fəsadı bəlli oldu

Koronavirus keçirənlərdə çox vaxt hüceyrə imunitetinin uzunmüddətli pozqunluğu üzə çıxır, nəticədə təkrar yoluxmalara həssaslıq arta, habelə COVID-19-a qarşı müqavimət tam şəkildə inkişaf etməyə bilər.

“Report” xəbər verir ki, belə bir qənaət Alabama Universiteti tədqiqatçılarının “Journal of Clinical İnvestigation” nəşrində dərc olunmuş araşdırmasında ortaya qoyulur.

Araşdırma zamanı 46 nəfər xəstəxanada yatan koronavirus xəstəsinin və 39 nəfər evdə təcrid olunmuş yoluxanın qanından immun hüceyrələrini götürülərək təhlil edilib, sağlam könüllülərin nümunələrilə müqayisə aparılıb.

Nəticədə koronavirus keçirənlərin bir çoxunda immun hüceyrələrinin xeyli zəiflədiyi, beləliklə də yeni yoluxucu xəstəliklərə qarşı dayanıqsız olduqları üzə çıxdı.

Həmçinin COVID-19 əlamətlərinin yüngül olduğu şəxslərdə xəstəxanalıq olanlara nisbətən immun pozulmasının daha uzun çəkməsi də gözlənilməz oldu. Xüsusilə bu qayda yaşlılarda özünü göstərdi.

“Bu nəticələr COVID-19 zamanı immun sisteminin hansı dəyişkənliklərə məruz qaldığını göstərərək immun sisteminin daha uzun pozulmaların ehtimal etmək üçün əsas yaradır”, – məqalədə qeyd olunur.