Co Baydenin fikrincə, dünya qarşıdakı 10 ildə çox dəyişəcək

Dünya qarşıdakı 10 ildə geridə qoyduğmuz 50 ildən daha güclü şəkildə dəyişəcək.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu fikir ABŞ prezidenti Co Bayden tərəfindən Milli Kəşfiyyat İdarəsinin əməkdaşları qarşrısında çıxışı zamanı səsləndirilib.
“Dünya texnologiyanın, habelə insanlar arasında qarşılıqlı münasibətlərin və ittifaqların inkişaf nöqteyi-nəzərdən o qədər tez dəyişəcək ki, 10 ildə bunun nəticələrini bütün aspektləri ilə hər kəs hiss edəcək. Bu mübaliğə deyil, bir faktdır”,-deyə Birləşmiş Ştatların lideri çıxışında bildirib.
“Əgər mən 15 il bundan qabaq sizinlə hipersəs haqqında danışsaydım məni ağıldankəm hesab edərdiniz. Həm çox şey dəyişəcək, həm də daha çox çətinliklər yaranacaq. Coğrafi təhdidlər 20 il bundan öncəkindən daha müxtəlif növlü olacaq”,-deyə Ağ Evin rəhbəri bütün bunlarla bərabər qayğısını dilə gətirib.