Cənubi Koreyanın eks-prezidenti öldü – onun uzun ömrü həbsxana və xəstəxanalardan keçib

Cənubi Koreyanın sabiq prezidenti Ro De U 88 yaşında vəfat edib.
Axar.az xəbər verir ki, eks-prezident yerləşdirildiyi xəstəxanada ölüb.
Ro De U 1988-1993-cü illərdə Cənubi Koreyanın prezidenti olub.
Musavat.com bildirir ki, Cənubi Koreyanın 6-cı prezidenti olan Ro De U 1993-cü ildə korrupsiyada ittiham olunaraq həbs edilib. Sonradan ona vətənə xəyanət ittihamı da irəli sürülüb, 1996-cı ildə 22 il həbs cəzası kəsilib. Daha sonra bu cəza yumşaldılaraq 17 ilə endirilib. 1998-ci ildə isə Cənubi Koreya prezidenti Kim De Çjun sələfini əfv edərək həbsxanadan buraxdırıb.
Media1.az