23 Dekabr 2024

Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib.

Xalq-iqtidar birliyi Azərbaycanda inkişafın əsas amilidir. Seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermişdir. Bütün bu uğurları birlikdə qazanmışıq. Xalq-iqtidar birliyi, bu gün Azərbaycanı qüdrətli dövlətə çevirmişdir. Azərbaycanın beynəlxalq nüfuzu artır. Biz dünya miqyasında layiqli yer tuta bilmişik. Bu gün dünya miqyasında Azərbaycan çox böyük hörmətə, rəğbətə, dəstəyə malik olan bir ölkədir. Biz etibarlı tərəfdaşıq, bizimlə hesablaşırlar və biz beynəlxalq aləmdə öz mövqelərimizi böyük dərəcədə gücləndirə bilmişik. Sözün əsl mənasında müstəqil siyasət aparan Azərbaycan bu gün ən yüksək zirvələrə çatıb. Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır. Bütün azadlıqlar təmin olunub. Keçirilmiş seçkilərin nəticəsi bir də onu göstərir ki, Azərbaycanda azadlıq təmin olunub, Azərbaycan demokratiya yolu ilə uğurla gedir.

Açıq, şəffaf, ədalətli şəkildə keçirilmiş seçkilər Azərbaycan xalqının iradəsini əks etdirmişdir. Seçkilərdə xalq görülən işlərə, real nəticələrə səs vermişdir. Eyni zamanda bizim gələcəyimizə səs vermişdir. Əminik ki, hər zaman ölkəmiz uğurla inkişaf edəcək, bundan sonra da Azərbaycan xalqı sabitlik, təhlükəsizlik şəraitində yaşayacaqdır. Bu gün dünya miqyasında Azərbaycan sabitlik adası kimi tanınır, nümunəvi ölkə kimi tanınır. Son 15 il ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər nəticə göstərən ölkə olmamışdır. Azərbaycan xalqı öz seçimini etdi. Biz hamımız bundan sonrada çalışmalıyıq ki, ölkəmizi gücləndirək. Bu gün də Azərbaycan güclü dövlətdir. Daha güclü dövlət qurmalıyıq. Daha güclü Azərbaycan qurmalıyıq. Yolumuz müstəqillik yoludur. Bu yoldan heç bir kənar qüvvə bizi döndərə bilməz. Bu yol Azərbaycan xalqının şüurlu seçimidir.

YAP Ağstafa rayon təşkilatının sədri
Etibar Hacıyev