24 İyun 2025

Çavuşoğlu: Türkiyə Rusiya və Ukrayna XİN başçılarını görüşünün təşkilinə hazırdır

Rəsmi Ankara müharibənin dərhal və tam dayandırılması üçün lazım olan hər şeyi etməyə hazırdır. Türkiyə Antalyada Rusiya və Ukrayna XİN başçılarını görüşünün təşkilinə hazırdır.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Brüsseldə NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, o, NATO-dakı həmkarlarını Ankaranın regionda apardığı balanslı və qətiyyətli siyasəti barədə məlumatlandırıb.

“Humanitar dəhlizlərin formalaşdırılması mühüm məsələdir, lakin bizim üçün mütləq prioritet müharibənin bitməsidir”, – Çavuşoğlu əlavə edib.

Türkiyə diplomatiyasının rəhbəri həmçinin qeyd edib ki, Ankara həm Rusiya, həm də Ukrayna ilə əlaqələri davam etdirir.