21 İyun 2025

BUTA uşaq bağçasından yolu başlayan Elnur Avropa çempionu adını alıb, vətənə döndü.

Media1.az xəbər verir ki,bununla bağlı BUTA körpələr evi-uşaq bağçasının rəhbəri,Günay Ağamalı şəxsi facebook hesabında paylaşım edib. Paylaşımı olduğu kimi təqdim edirik.

Monteneqronun Budva şəhərində yeniyetmələr arasında keçirilən görüşdə ölkəmizi təmsil edən Buta körpələr evi – uşaq bağçasının məzunu Mustafayev Elnur Yelmar oğlu @elnur_doyuscu_mustafayev_ serbiyalı rəqibinə qalib gələrək Birinci yerə sahiblənməsi haqda paylaşım etmişdim. Noyabrın 14 – də 2 Qat WAKO Avropa çempionu Elnur balamızı bir neçə Butaçı məzunlar, əməkdaşlarımız, mənim əziz və dəyərli qardaşım Vasif Nəcəfzadə ilə birlikdə Heydər Əliyev adına Hava Limanında qarşıladıq.

Müasir Azərbaycanın banisi, Ulu Öndər Heydər Əliyevin fəxri xiyabandakı möhtəşəm abidəsi yad ediləndən sonra ərazi bütövlüyümüz uğrunda canlarından keçən qardaş və bacılarımızın Şəhidlər Xiyabanındakı məzarları ziyarət olunub.

Habelə Günay Ağamalı qeyd edib ki, fəaliyyətini dövlətə bağlılıq, vətənpərvərlik üzərində quran Buta körpələr evi – uşaq bağçasının məzunu Elnur balamızla fəxr edir, idman sahəsində yeni – yeni nəaliyyətlər diləyirik.