Bu gün xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Arif Babayevin doğum günüdür
Onun yaradıcılığında “Şur”, “Segah” muğam dəsgahları, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərbi muğamları xüsusi yer tutur. Xüsusilə, “Segah” muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxuyub. Xanəndə, həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir.
O, uzun illər Opera və Balet Teatrında çalışaraq bir-birindən gözəl obrazlar yaradıb. Teatrın səhnəsində Məcnun, Kərəm, Aşıq Qərib, Camal, Şah İsmayıl kimi yaddaqalan obrazları yaradıb
Arif Babayev 1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb. O, “Şöhrət”, “İstiqlal” və “Şərəf” ordeninə layiq görülüb. Ona 2010-cu ildə Heydər Əliyev Fondunun təsis etdiyi Beynəlxalq “Qızıl Çinar” mükafatı təqdim edilib. Xanəndənin 70 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən onun səsyazılarından, həyat və yaradıcılıq yolunu əks etdirən şəkillərdən ibarət CD-albom nəşr olunub.
Muğam sənətimizin canlı əfsanəsinə uzun ömür, cansağlığı arzulayırıq!