22 Dekabr 2024

Böyük hücum BAŞLADI: Rusiya geri çəkildi – RƏSMİ

Dünən axşam saatlarında Rusiya qoşunlarının bir hissəsi Baxmut şəhərinin şimal-qərbindəki müdafiə mövqelərinə çəkilib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin bəyanatında “Berxivka su anbarının əlverişli şəraitini” nəzərə alaraq cənubdakı rus qoşunlarının Maloilinivka ərazisində daha yaxşı müdafiə mövqeyi tutması irəli sürülüb.

645f800f4e3fe02dc4d27842.jpg (64 KB)

Lakin “Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojin bildirib ki, Rusiya qoşunlarının geri çəkilməsi “təəssüf ki” yenidən toplaşmaq deyil, “qaçmaqdır”.

Rusiyanın bəyanatı Kiyevin qüvvələrinin Baxmut ətrafında təxminən 2 km irəlilədiyini elan etməsindən bir neçə saat sonraya təsadüf edir. Ukrayna müdafiə nazirinin müavini Hanna Maliar deyib: “Düşmən böyük canlı qüvvə itkisinə məruz qalıb. Qoşunlarımız Baxmut ərazisində 2 km irəliləyib. Bu həftə Baxmutda heç bir mövqe itirməmişik”.

Qərb mətbuatında yer alan xəbərlərə görə, Rusiya və Ukraynanın bəyanatları Ukraynanın Baxmut ətrafındakı torpaqları uğurla geri almasının ilk etirafı olub.

645f7ecd4e3fe02dc4d27829.jpg (91 KB)

Britaniyanın “The Telegraph” nəşri Ukraynanın çoxdan gözlənilən yaz hücumunun başladığını, “Daily Mail” nəşri isə Rusiyanın işğal altındakı Xarkov vilayətində yaşayan minlərlə insanın təxliyəsinə göstəriş verdiyini yazıb.

Baxmutda ərazilərin geri alınması Ukraynanın son altı ayda əldə etdiyi ən böyük qazancı kimi şərh edilib.

Hərbi analitiklər geri çəkilməni “dağıdıcı gərginlik” kimi qiymətləndirərək, Kiyevin müharibənin ən qanlı toqquşmaları gedən və Moskvanın əsas hədəfi olan Baxmutda rus qüvvələrini mühasirəyə almaq üçün koordinasiyalı addım atdığını irəli sürüblər.