“Bir ağac-min nəfəs” devizi altında ting paylama aksiyası keçirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Araz” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən “Araz” supermarketin qarşısında “Bir ağac-min nəfəs” devizi altında ting paylama aksiyası keçirilib.
Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə keçirilən tədbirdə könüllülər tərəfindən vətəndaşlara Nazirliyin tinglik sahələrində yetişdirilən müxtəlif cinsli ağac tingləri hədiyyə edilib, onlara ağacların əkilməsi və qulluq göstərilməsi qaydalarına dair məlumatlar verilib.
Qeyd edək ki, tinglərin paylanılması aksiyaları növbəti günlərdə də davam etdiriləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşları aksiyalarda fəal iştirak etməyə, ağac əkməyə və qorumağa çağırır.