22 İyun 2025

Bill Qeytsdən yeni xəbərdarlıq: “Dünyanı yeni təhlükə gözləyir”

İki ilə yaxındır ki, dünya koronavirus bəlasından qurtula bilmir. Bu günə qədər dünyada 252 milyondan çox insan virusa yoluxub, onun 5 milyonu xəstəlikdən vəfat edib.

Xatırladaq ki, hələ 2015-ci ildə Bill Qeyts dünyada yeni epidemiya olacağı və dünyanın ona qarşı hazırlıqlı olmayacağı barədə xəbərdarlıq etmişdi. İllər sonra onun bu xəbərdarlığı doğru çıxdı. İndi isə Bill Qeyts dünyanı gözləyən daha bir təhlükə barədə xəbərdarlıq edib.

O, G20 sammitinin bəyanatında qlobal hərarətin 1,5 dərəcə ilə məhdudlaşdırılması vədinin real olmadığını açıqlayıb.

Bill Qeyts qeyd edib ki, dünya yenidən pandemiya ilə üzləşəcək və buna da hazır deyil.

“Dünyanın növbəti pandemiyaya hazır olması üçün 100 gün ərzində peyvənd istehsal etmək və digər 100 gündə isə bunu milyonlarla insana təklif etməyə nail olmalıyıq. Dünyada bu gücə malik fabriklər tikmək imkanı var. Lakin çatışmayan yeganə məqam hələ də lazımi addımların atılmamasıdır”,- deyə Bill Qeyts bildirib.

Bill Qeytsin həmtəsisçisi olduğu “Bill & Melinda Qeyts Fondu” bazar ertəsi açıqlanan hesabatda ölkələri səhiyyə sistemlərinə, o cümlədən peyvənd istehsal etmək qabiliyyətinə daha çox sərmayə qoymağa çağırıb.