Beynəlxalq Meşələr Günündə beş hektar ərazidə 10 min ağac əkilib
Bu gün ölkənin Aran rayonlarının açıq və seyrək meşə fondu torpaqlarında ümumilikdə 5 hektar ərazidə 10 min meşəcinsli ağac əkilib.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev AZƏRTAC-a bildirib ki, BMT Baş Assambleyası tərəfindən meşələrin qorunması və artırılmasının vacibliyinə diqqət çəkmək üçün hər il martın 21-i Beynəlxalq Meşələr Günü kimi qeyd olunur.
Beynəlxalq Meşələr Günü münasibətilə keçirilən ağacəkmə aksiyası da planetar əhəmiyyətə malik meşə ərazilərinin genişləndirilməsi işinə töhfə məqsədi daşıyıb.