Bərdədə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib.

Media1.az– xəbər verir ki, Bərdə rayon İcra Hakimiyyətinin Başçısı Vidadi İsayev , hüquq mühafizə orqanlarının rəhbərləri, millət vəkili Fatma Yıldırım, YAP rayon təşkilatının sədri Fəqət xanm Şadlinski, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi yerli təşkilatının sədri Etibar xanım Hüseynova ,o cümlədən hərbçilər əvvəlcə ermənilərin Bərdəyə raket hücumu zamanı qətliam qurbanı olmuş mülki şəhidlərin xatirəsinə qırğının baş vermiş yerdə qoyulmuş lövhənin önünə gəliblər . Bərdənin mülki şəhidlərin xatirəsi yad olunub. Lövhə qarşısına gül dəstələri qoyulub, mülki şəhidlərin xatirəsinə ehtiram ifadə olunub.
Mərasim torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin uyuduğu Xiyabanda davam edib. I və II Qarabağ müharibəsi şəhidlərinin hər birinin məzarı üzərinə gül qoyulub, onların əziz xatirəsi yad edilib.
Mərasimdə çıxış edənlər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızla hər kəsin qürür duyduğu, müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca şəhidlərimizin də qəlblərdə daim əbədi yaşayacağını qeyd ediblər.
Danışılanların ardınca hərbigeyimli uşaqların ifasında vətənpərvərlik, şəhidləri tərənnüm edən şerkompozisiya nümayiş olunub.
Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Avtomobillər vasitəsi ilə saat 12:00-da səs siqnalları verilib.
Bununla yanaşı, 44 günlük Vətən müharibəsi zamanı canlarından keçən şəhidlərimizin əziz xatirsinə Bərdə-Yevlax avtomagistralının ətrafında ağacəkmə aksiyası baş tutub. Ağacəkmə aksiyasında Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, o cümlədən rayon ictimaiyyəti nümayəndələr də yaxından iştirak ediblər. Aksiya çərçivəsində şəhərin iqlim şəraitinə uyğun olan 300-dən çox Eldar şamı və çinar ağacı əkilib.
Musa Muradlı




























