25 İyun 2025

Bərdədə rabitə borcu ödənsə də abonentin internet və telefonu açılmır

Bərdə rayonunun Şorəlli kənd ünvanında AZTELEKOM abonentə xidməti dayandırıb. Abonentin internet və telefonunu bağlayıblar.

Məlumat üçün bildirək ki, abonent əvvəlcədən internet haqqını tam olaraq, 20 manat məbləğində ödəyib. Telefona görə borc isə 5 manat 60 qəpik olub. Abonentə rabitə xidmətlərinin dayandırılmasına da səbəb həmin 5.60 manat borcun olmasıdır.

Abonent dərhal yaranan borcu ödəyərək Aztelekomun Bərdə şöbəsindən ona məxsus rabitə xidmətlərinin bərpasını xahiş edib. İdarədən Şorəlli kənd ATS-nə internet və telefon xidmətinin bərpası barədə göstəriş verilib. Lakin aradan iki gün keçməsinə baxmayaraq vətəndaşın xahişinə baxılmır. Buradan da belə qənaətə gəlmək olar ki, bu idarə də özbaşınalıq hökm sürür. Tabeli işçilər bildiklərin edir. Əmək intizamı yox dərəcəsindədir. Laqeydlik, səhlənkarlıq bu işçilərin şakərinə çevrilib. Nəticə də isə vətəndaşlar incidilir. Abonentlərə keyfiyyətli xidmət təmin edilmir.

Onu da qeyd edək ki, Şorəlli kənd ATS-də iş rejimi tətbiq olunmur. ATS çox vaxt bağlı olur. Əraziyə xidmət aparan Zərbəli adlı şəxs problemli sakinlərin zənglərinə cavab vermir.

Çox istərdik ki, AZTELEKOM vətəndaşların bu sayaq incidilməsinə son qoysun, Abonentlərə operativ, keyfiyyətli xidmət göstərmiş olsuıpn!