Bərdədə musiqi günü qeyd edilib

Hər il sentyabrın 18-i Azərbaycan xalqının böyük oğlu milli musiqimizin əsaslarını yaratmış dahi sənətkar, görkəmli şəxsiyyət Üzeyir Hacıbəylinin doğum günü ölkəmizdə musiqi bayramı kimi qeyd edilir.
Media1.az xəbər verir ki, musiqi bayramı Bərdə şəhər Bülbül adına 1 saylı uşaq incəsənət məktəbində də yüksək əhval-ruhiyyə ilə qeyd edilib.
İlham Sahibov, Ədalət Şərifov, Kərim Şirinov və digər müəllimlərin iştirakı ilə dahi sənətkarın əsərlərindən musiqi parçları səsləndirilib.
İstedadlı şagirdlərin ifasında milli rəqslərimizdən parçalar nümayiş olunub.
Musa Muradlı



