23 Dekabr 2024

Bərdədə ictimai iştirakçılıqla bağlı rəy sorğusu keçirilib

Xatırladaq ki, Azərbaycan Respublikası Qanununun icrasının monitorinqi və təşviq edilməsi məqsədilə ictimai vəkillik kompaniyasının aparılması” adlı layıhəni Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Mingəçevir Regional QHT-lərin Resurs və Təlim Mərkəzi icra edir.

Qarşıya qoyulan məqsəd regionlarda vətəndaşların ictimai vəkillikdə fəalliğının artırılması, dövlət və özünüidarə qurumlarının qərar qəbul etmə prosesində ictimai iştirakçılıqda  vətəndaşların  aktivliyinin  təmin edilməsindən ibarətdir.

Media1.az xəbər verir ki, layihənin maliyyələşdirilməsi USAİD-in himayədarlığı ilə həyata keçirilir. “Şəffaflıq naminə vətəndaş cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində regionlarda “İctimai İştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun icrasının monitorinqi və təşviq edilməsi məqsədilə ictimai vəkillik kompaniyasının aparılması” adlı layıhəni Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Mingəçevir Regional QHT-lərin Resurs və Təlim Mərkəzi icra edir. Layihədə eyni zamanda  FHİ 360, Qeyri Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz, MG Konsulting MMC-nin tərəfdaşlığı ilə layihə çərçivəsində əhali arasında rəy sorğularının keçirilməsi, maarifləndirici bukletlərin paylanması, ictimai vəkillik kompaniyasının təşkil edilməsi nəzərdə tutulub.

Layihənin həyata keçirilməsində görüləcək işlərdən biri də vətəndaşlar arasında rəy sorğusunun aparılmasıdır.İyunun 16-da Bərdə rayonunda görüləcək işlərin planına uyğun olaraq rəy sorğusu aparılıb. Layihə üzrə ekspert Musa Muradlı rayon sakinlərinin ictimai iştirakçılıq, ictimai şuralar haqqında fikirlərini öyrənib.