23 Dekabr 2024

Bərdədə 5 mart Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib

Martın 4-də Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 5 mart Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə bir qrup məşqçi və idmançılarla görüş keçirilib.

Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya açaraq iştirakçıları qarşıdan gələn 5 mart Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə təbrik edib. O, ölkəmizdə təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Gənclər və İdman Siyasətinin bugün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, idmana və idmançılara göstərilən diqqət və qayğıdan danışıb.

Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli bildirib ki, Bərdə idmançıları müxtəlif səviyyəli yarışlarda yüksək nailiyyətlər əldə edib və idmanın inkişafı sahəsində qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gəliblər.

Respublikanın əməkdar məşqçısı Ş.Cəfərov, atletika üzrə baş məqçi N.İsayev, məşqçi A.Cəlilov və veteran futbolçu,məşqçi Ə.Quliyev minnətdarlıqlarını bildirərək, təbriklərini çatdırıblar.

Onu da qeyd edək ki, rayonda idmanın inkişafında göstərdikləri xidmətlərə görə bir qrup məşqçi və müxtəlif idman növlərində əldə etdikləri yüksək nailiyyətlərə görə bir qrup idmançı Bərdə rayon Gənclər və İdman İdarəsinin Fəxri Diplomları və xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Media1.az- Musa Muradlı