Bərdə şəhər 3 saylı musiqi məktəbi “ümid incəsənət müsabiqə”sində uğurlu nəticələr əldə edib.

Söhbət Bərdə şəhər 3 saylı musiqi məktəbinin respublika əhəmiyyətli “ümid incəsənət müsabiqəsində iştirakı və əldə etdiyi uğurdan gedir.
Media1.az xəbər verir ki, musiqi müsabiqəsində Bərdənin 7 musiqi məktəbinin şagirdləri iştirak edib, məktəblərin hər biri uğurlu nəticələr əldə edib.
Bərdə şəhər 3 saylı Musiqi Məktəbi müsabiqədə xüsusilə fərqlənib. Beləki, qiraət üzrə müsabiqənin birinciliyini qazanıb. Məktəbin tar sinifinin müəllimi Toğrul Abdullayev və konsertmeystr məlliməsi Əfsanə Əliyevanın çəkdikləri zəhmət sayəsində tar ifaçılığı üzrə 5-ci sinif şagirdi Loğman Əliyev müsabiqənin üçüncü yerinə layiq görülərək, medalla mükafatlandırılıb. Tar sinfinin iki şagirdi isə fəxri fərmanla təltif olunub.
Media1.az- Musa Muradlı