Bərdə Peşə liseyində şəhid Firuzəddin Cəfərovun anım günü qeyd edilib.

Martın 3-də Bərdə Peşə liseyində Birinci Qarabağ müharibəsində şəhid olmuş və həmin məktəbdə istehsalat təlimi ustası işləmiş Firuzəddin Cəfərova həsr olunmuş anım tədbiri keçirilib .
Media1.az xəbər verir ki, Bərdə Peşə liseyi indiyə qədər şəhid Firuzəddin Cəfərovun adını daşıyıb.Ancaq indi liseydən şəhid Firuzəddin Cəfərovun adının götürülməsi təhlükəsi yaranıb. Şəhid milli qəhrəmanın oğlu bildirib ki, vaxtında sənədləşdirmənin düzgün aparılmayıb . Adın liseyə verilməsi barədə Rayon İcra Hakimiyyətinin qərarı olsa da Nazirlər kabinetinin qərarı yoxdur. Şəhidin ailə üzvlərinin indi istəklərindən biri də məhz, nazirlər kabinetinin yarımçıq qoyduğu işi tamamlamasıdır.
Şəhidin anım günündə lisey rəhbərliyi təqdirə layiq qərar qəbul etməklə təhsil ocağına məxsus mərkəzi emalatxananın şəhid Firuzəddin Cəfərovun adına verib.
Tədbirdə liseyin pedaqoji heyəti, şəhidin ailə üzvləri, ziyalılar və media nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edənlər xatirələrini bölüşüblər. Şəhid Milli Qəhrəman Firuzəddin Cəfərovun oğlu Səbahəddin Cəfərov çıxış edib.
Daha sonra lisey rəhbərliyi tərəfindən şəhid Firuzəddin Cəfərovun adının verildiyi “Avtomobil Quruluşu” emalatxanası ziyarət edilib.



