Baş nazirinə PUA ilə sui-qəsd cəhdi – 10 nəfər yaralandı İRAQDA NƏ BAŞ VERİR?

İraqın baş naziri Mustafa Əl-Kazıminin Bağdaddakı iqamətgahına silahlı hücum olub.
BAKU.WS xəbər verir ki, bu bərədə o, tvitterdə müraciəti zamanı danışıb.
Baş nazir qeyd edib ki, pilotsuz uçuş aparatı (PUA) vasitəsilə iqamətgaha hücum edilib:
“Allaha şükür, xalqımın arasında yaxşıyam və İraq adına hamını sakitliyə, təmkinli olmağa çağırıram”.
Qeyd edək ki, hadisə zamanı Baş nazirin mühafizə xidmətindən 10 əməkdaşın xəsarət aldığı deyilir.