23 Dekabr 2024

Bakının 4 il sonra verəcəyi kritik qərar

Rus sülhməramlılarını Qarabağdan başağrısız yola salmağa necə hazırlaşmalı? Deputat: “30 il Qarabağın azadlığını gözlədik, 4 il də səbir etməliyik…”

“Əgər bölgəyə sülhməramlılar, xüsusən də ruslar gəlirsə, onların getmə ehtimalı azdır. Hər şey Azərbaycan və Ermənistanın mövqeyindən asılıdır. Əgər hər iki ölkə özləri razılığa gələ və aralarında mövcud olan aktual məsələləri həll edə bilsələr, o zaman sülhməramlılar adlanan qüvvələrin çıxarılmasından söhbət gedə bilər. Bu, İrəvan və Bakının qarşılıqlı qərarı olmalıdır. Çünki Rusiya yalnız bir tərəfin rəyini qəbul etməyəcək”.

“Yeni Müsavat”ın xəbərinə görə, bu sözləri gürcü professor, tarix elmləri doktoru Ömər Ardaşeli caliber.az-a müsahibəsində deyib. Gürcü professorun sözlərindən belə çıxır ki, 4 il sonra təkcə Bakının sülhməramlı missiyadan imtinası kifayət etməyəcək. Bunun üçün İrəvanın razılığı da olmalıdır. Lakin 10 noyabr sənədində qeyd olunub ki, müqavilənin xitamına 6 ay qalmış tərəflərdən birinin etirazı olarsa, sülhməramlıların bölgədə fəaliyyətinin müddəti uzadılmaya bilər. Amma İrəvanın bu məsələdə rəyinin olmasına hansı zərurət var, axı sülhməramlı qüvvələr Azərbaycanın suveren ərazisində xidmət edir?!

Bəzi təhlilçilərin fikrincə, Qarabağın dağlıq ərazisində ermənilər yaşadığı üçün Ermənistanın sülhməramlılarla bağlı mövqeyi nəzərə alınmalıdır. Çünki üçtərəfli sənəddə İrəvanın da imzası var. Bir müddət əvvəl Ermənistan prezidenti Armen Sarkisyan da demişdi ki, sülhməramlılar bölgəyə əbədi gəliblər. Bu cür fikirləri zaman-zaman Rusiyanın ermənipərəst deputatlarından olan Zatulin, Jirinovski kimilər də səsləndirib.

Rusiyanın “sülhməramlı” missiyasının əsas məramı nədən ibarətdir? - TƏHLİL  | 1news.az | Xəbərlər

Əlbəttə ki, Rusiya Cənubi Qafqazda hərbi mövcudluğunu saxlamaq niyyətindədir, ömrünü uzatmağa da çalışacaq. Həmçinin, Abxaziya, Cənubi Osetiya, Dnestryanı ərazilərdən də qoşunlarını çıxarmayıb, o baxımdan analoji aqibətin Qarabağda yaşanacağı haqda proqnozlar səslənməkdədir. Amma bu gün Azərbaycan-Rusiya münasibətləri yüksək səviyyədə qurulub.

Soçi görüşündə Putinin Əliyevə və Paşinyana münasibəti də əlaqələrin hansı səviyyədə olduğunu sezdirdi. Bu mənada Bakı-Moskva qarşıdakı dövrdə də dil tapsalar, sülhməramlıların Qarabağdan çıxarılması mümkün ola bilər. Sadəcə, orada yaşayan ermənilər ya bizim vətəndaşlığı qəbul etməli, ya da çıxıb getməlidirlər. Üstəlik, Azərbaycan Ermənistanı Qarabağda yaşayan ermənilərlə bağlı razı salmalı, təhlükəsizliyinə zəmanət verməli, ən əsası, “artsax” iddialarından imtina etməlidirlər.

Bəs gürcü professorun sözlərində həqiqət varmı?

Aqil Abbas: "Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur", General-mayor Polad  Həşimovun adına Qəbələdə küçə - BBC News Azərbaycanca

Aqil Abbas

Deputat Aqil Abbas “Yeni Müsavat”a bildirdi ki, Rusiya bir tərəfin mövqeyini nəzərə almağa borcludur. Onun sözlərinə görə, çünki üçtərəfli bəyanatda bu məqam göstərilib: “Tərəflərdən birinin razılığı olmazsa, sülhməramlılar getməlidir. Ona görə Rusiya bir tərəfin fikri ilə qane olmayacaq deməklə razılaşmıram. Üstəgəl, Ermənistanın rəyi əhəmiyyətli deyil, əsas söz Azərbaycanındır”.

Deputat hesab edir ki, sülhməramlıların hələ görməli olduğu işlər var: “Oradakı silahlıları silahsızlaşdırmalı, Kəlbəcər və Şuşa yolunu açmalıdır. Ağdamın 4 kəndi, Kəlbəcərin bəzi kəndləri, Fərrux dağı ermənilərdədir, bu məsələlər həllini tapmalıdır. Bundan başqa, azərbaycanlılar ev-eşiyinə qayıtmalıdırlar. Ona görə bu tələblər Rusiyanın qarşısında qoyulmalıdır”.

A.Abbasın sözlərinə görə, 30 il Qarabağın azadlığını gözləmişik, indi də daha 4 il sülhməramlılarla bağlı qərara səbir etməliyik: “Rusiyaya ”çıx buradan” deməklə də iş olmur, dövlət bu yöndə iş aparır. Odur ki, təmkinli siyasət yürütməliyik. Ermənistanın keçmiş prezidenti Ter-Petrosyan da artıq etiraf edir ki, Qarabağ Azərbaycan torpağıdır. Bundan əlavə, Soçidə Rusiyanın bizə münasibətini gördük. Moskva istəməz ki, Bakını itirsin, heç nəyi olmayan İrəvanı tutsun. Hazırda Rusiya hamıdan daha çox istəyir ki, Zəngəzur dəhlizi açılsın. Əslində bu yol hamıya sərf edir, eləcə də ermənilərə. İndi bir yandan dəhliz, bir tərəfdən Türkiyə-Ermənistan sərhədi açılsa, onlar xeyli rahatlaşar. Erməni xalqı müharibə istəmir. Əgər istəsəydi, Köçəryana səs verərdilər. Onların da cavanları ölür, anaları ağlayır, daha itki vermək istəmirlər. Ona görə bir də müharibə istəmirlər, qalan məsələləri isə siyasi danışıqlarla yoluna qoyacağıq”.