06 Fevral 2025

Bakıda istismara tam yararsız binaların sayı açıqlandı

Bakıda istismara tam yararsız binaların sayı açıqlanıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinən məlumat verilib.

Bildirilib ki, hazırda Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı departamentinin balansında 11 minə yaxın çoxmənzilli yaşayış binası mövcuddur.

“Bu binalardan 98-i istismara tam yararsız vəziyyətdədir. Həmin binaların yararsız olması barəsində bizə Fövqəladə Hallar Nazirliyi tərəfindən rəy verilib.

Rəyə əsasən, Nazirlər Kabinətinə müraciət edilib”, – deyə məlumatda qeyd olunub.