Bakıda binanın zirzəmisində aparılan qanunsuz söküntü DAYANDIRILDI – FOTO/VİDEO

Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Süleyman Sani Axundov küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasının zirzəmisində fiziki şəxs Qasımov Tural Məmmədtağı oğluna məxsus obyektdə qanunsuz söküntü işlərinin aparılması faktı aşkar edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi ( FHN ) məlumat yayıb.
Bildirilib ki, göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz söküntü işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.https://www.youtube.com/embed/K-Dznu6qF84