Bakıda 30 məzun məktəbi qızıl və gümüş medalla başa vurub
BŞTİ-nin tabeliyindəki məktəbləri 2021-ci ildə 30 məzun qızıl və gümüş nişanla başa vurub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “İki sahil”ə verilən xəbərə görə, 2020-2021-ci tədris ili üzrə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 21-i qızıl, 9-u gümüş nişana layiq görülüb.