24 İyun 2025

Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəlində dəyişiklik olunub

Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərarına əsasən Bakı-Sumqayıt-Bakı qatarlarının hərəkət cədvəlində dəyişiklik edilib.

“Azərbaycan Dəmir Yolları” ASC-dən (ADY) “İki sahil”ə verilən məlumata görə, Bakı-Sumqayıt-Bakı elektrik qatarları 5 mart (şənbə günü) tarixində iş, 6, 7 və 8 mart tarixlərində isə qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.