06 Fevral 2025

Bəşər Əsədin arvadı Böyük Britaniya vətəndaşlığından məhrum oluna bilər

Suriya prezidenti Bəşər Əsədin xanımı Əsma Əsəd ölkəsində yaşanan vətəndaş müharibəsi zamanı terror aktlarını dəstəklədiyinə görə Böyük Britaniyada ciddi mühakimə ilə üzləşə bilər.

Musavat.com xarici agentliklərə isitnadən xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb. B.Əsədin xanımının Birləşmiş Krallığın vətəndaşı olduğu və hətta bir müddət burada investsiya bankiri kimi fəaliyyət göstərdiyi bilinməkdədir. İndi onu kraliçanın təbəəliyindən məhrum olunması perspektivi də gözləyir.

Xatıradaq ki, Əsma Əsəd 1975-ci ildə Böyük Birtaniyada, Suriya əsilli kardioloq Fəvvaz Əhraz və diplomat Səhər Əhrazın ailəsində dünyaya gəlib. O, 1996-cı ildə Londonda Krallıq kollecindən məzun olub. Suriyanın gələcək birinci xanımı 2000-ci ildə Bəşər Əsədlə evləndikdən sonra doğma ölkəsinə gəlib.

“The Times”ın xəbərinə əsasən, Londonda yerləşən Beynəlxalq hüquq palatası Əsma Əsədin vətəndaş müharibəsində törədilən qanlı cinayətlərdə əli olduğu barədə dəlilləri paytaxt polisinə göndərib. Artıq bununla bağlı müvafiq təhqiqat başlayıb. Prokurorluğun qiyabi mühakimə həyata keçirib-keçirməyəcəyi hələ bilinmir. Lakin hazırkı anda Əsma Əsədin məhkəənin bildirişi əsasında gəlməsi mümkün görünmür.