Azəriqazın direktoru Ruslan Əliyev müsabiqədə birinci oldu

Birinci milli “CEO Award Azerbaijan” müsabiqəsinin qalibləri məlum olub.
Media1.az-ın xəbərinə görə, qaliblərin seçilməsi üçün keçirilən səsvermədə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən yüzdən artıq top–menecer iştirak edib. Səsvermənin nəticəsinə görə 2021-ci il üzrə Azərbaycanın 25 ən tanınmış top-meneceri müəyyənləşib. Müsabiqədə 79% səslə 1-ci yerin sahibi “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev olub.
“13 mindən artıq səsverənin iştirakı həm idarəçilərin, həm də əhalinin bu müsabiqəyə böyük marağının olmasından xəbər verir. Səsverən hər bir kəsə dərin təşəkkürümü bildirirəm.”- “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev özünün facebook səhifəsində belə yazıb.