21 İyun 2025

“Azəriqaz” İB-də Media və QHT nümayəndələri ilə növbəti görüş keçiriləcək FOTO

“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 28 yanvar saat 11:00-da başlayacaq.

Bütün media və QHT mənsublarının üzünə açıq olacaq bu aksiya “Facebook” sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu və QHT nümayəndəsi bu tədbirə dəvətlidir.